Modern.az

Rusiyada yoluxma sayı 17 milyonu ötdü

Rusiyada yoluxma sayı 17 milyonu ötdü

Aktual

7 Mart 2022, 13:12

Rusiyada son sutka ərzində 73 162 nəfər koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, 4 minə yaxın pasiyent xəstəxanaya yerləşdirilib.

 

Əvvəlki gün 79 863 nəfərin yoluxması qeydə alınmışdı. Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 17 milyon nəfəri ötüb. Eyni zamanda, son sutkada 668 nəfər həyatını itirib. Bir gün əvvəl ölənlərin sayı 744 nəfər idi.

 

Rusiyada bu günədək koronavirusdan ölənlərin sayı 356 949 nəfərə çatıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı