Türkiyədə martın 10-na proqnozlaşdırılan bəzi təyyarə reysləri əlverişsiz və yağıntılı hava şəraiti səbəbindən təxirə salınıb.
Modern.az xəbər verir ki, bu barədə "Türk Hava Yolları" (THY) aviaşirkəti açıqlama yayıb.
Məlumatda qeyd edilib ki, martın 10-da İstanbulun “İstanbul” və “Sabiha Gökçən” hava limanlarına enməsi və bu aeroportlardan qalxması planlaşdırılan bəzi səfərlər təxirə salınıb.
THY sərnişinlərə şirkətin rəsmi səhifəsindən reyslərlə bağlı məlumat almağı tövsiyə edib.