Modern.az

Ukrayna Ali Radası onlayn rejimə keçir

Ukrayna Ali Radası onlayn rejimə keçir

Aktual

9 Mart 2022, 08:40

“Xalqın xidmətçisi” fraksiyası hərbi vəziyyət dövründə Ukrayna üçün vacib olan qanun layihələrinin məsafədən qəbul edilməsini təklif edir.

 

Modern.az xəbər verir ki, bu barədə fraksiyanın mətbuat katibi Yuliya Paliyçuk “Telegram”da məlumat verib.

 

O qeyd edib ki, müvafiq qanun layihəsinə 196 deputatı imza atıb.

 

Paliyçukun sözlərinə görə, qanun layihəsində məsafədən səsvermə öhdəlik deyil, hüquq kimi nəzərdə tutulub.

 

Qanun layihəsində, həmçinin uzaqdan səsvermənin tətbiq oluna bilməyəcəyi məsələlər də var. Bu hal, xüsusən də sülh prosesi məsələsinə aiddir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!