Bu gün Cənubi Koreyada prezident seçkiləri keçirilir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, əsas mübarizə hakim liberal “Toburo” Demokratik Partiyasının (DPT) namizədi Li Çje Myonqla müxalifətdə olan ən böyük mühafizəkar Vətəndaş Qüvvələrinin nümayəndəsi Yun Seok Yeol arasında gedəcək.
Çoxsaylı ictimai rəy sorğularına görə, hər iki siyasətçi respondentlərin təxminən 40%-nin səsini toplayaraq qalib gəlmək şansına malikdir. Seçki yarışında qalan iştirakçıların reytinqi 10%-dən aşağıdır.