Modern.az

Pentaqon Polşada “Patriot” yerləşdirəcək

Pentaqon Polşada “Patriot” yerləşdirəcək

Aktual

9 Mart 2022, 09:54

“Pentaqon Varşavanın təklifi ilə “Patriot” zenit-raket komplekslərini Polşaya göndərmək niyyətindədir”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının nümayəndəsi Adam Miller məlumat verib.

 

O qeyd edib ki, söhbət iki “Patriot” batareyasının Polşaya yerləşdirilməsindən gedir.

 

ABŞ hərbi departamenti hesab edir ki, bu addım Birləşmiş Ştatların müttəfiqlərini və NATO kontingentinin yerləşdiyi əraziləri potensial təhlükədən qorumağa imkan verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı