Modern.az

Vətəndaşların probleməri dinlənilib

Vətəndaşların probleməri dinlənilib

Aktual

9 Mart 2022, 09:56

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon Polis Şöbəsinin rəisi, DTX-nin rayon şöbəsinin rəisi və rayon prokuroru bayram günlərində Zobucuq (1, 2, 3, 4, 5) qəsəbələrində və Bala Bəhmənli kəndində (“Dörd yol” adlanan ərazidə) olublar, sakinlərlə  görüşüb, bazarlarda, topdansatış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbətləşiblər. 


Alı Alıyev vətəndaşları dinləyib, onların problem və qayğıları ilə maraqlanıb. Rayon sakinləri də öz növbəsində bazarlarda qiymətlərin münasib olduğunu, hər hansı bir süni qiymət artımının olmadığını bildiriblər.


Alı Alıyev Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində imzalanan fərman və sərəncamlardan bəhs edib. Bildirib ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində Azərbaycan vətəndaşı, onun rifah halının yaxşılaşdırılması dayanır. Qeyd edib ki, bu ilin əvvəlində ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar, sosial-iqtisadi sahədə aparılan islahatlar Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi tədbirlərin davamıdır.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı