Modern.az

Rusiya Sumıda yaşayış binalarına aviazərbələr endirdi - VİDEO

Rusiya Sumıda yaşayış binalarına aviazərbələr endirdi - VİDEO

Aktual

9 Mart 2022, 13:00

Rusiya qoşunları Ukraynanın Sumı vilayətində yaşayış binalarına aviazərbələr endirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti “Telegram” səhifəsində məlumat yayıb.

 

“Martın 9-da düşmən aviasiyası Lebedin şəhərinin Şevçenko küçəsində yaşayış binalarına zərbə endirib. Xilasedicilərin və yerli sakinlərin operativ tədbirləri nəticəsində ikisi uşaq olmaqla 5 nəfər evlərin dağıntıları altından çıxarılıb. Həmçinin aviazərbə nəticəsində 2 yaşayış binası dağılıb”, - deyə məlumatda bildirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı