Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Azərbaycana bugünkü səfəri ilə bağlı paylaşım edib.
Modern.az xəbər verir ki, bu barədə o tviter hesabında yazıb.
Paylaşımda deyilir:
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüş əla oldu. Böyük Britaniya iqtisadiyyatı şaxələndirmək və bərpa olunan enerjiyə keçid məsələsində Azərbaycana dəstək verir. İşğaldan azad edilən ərazilərin böyük potensialı var. Yaxşı ki, Böyük Britaniya şirkətləri artıq onların yenidən qurulmasında iştirak edirlər”.