Modern.az

"Azərişığ"ın sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Aktual

9 Mart 2022, 13:10

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov martın 10-da, saat 10:00-da qurumun "Mərkəzi Aran" RETSİ-nin Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yerləşən inzibati binasında Mingəçevir və Yevlax rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

Bu barədə Modern.az-a səhmdar cəmiyyətindən bildirilib.

 

Məlumata görə, qəbulda iştirak etmək istəyən şəxslər Yevlax və Mingəçevir Eelektrik Şəbəkələrinə, həmçinin "Azərişığ"ın 199 çağrı mərkəzinə, [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı