Modern.az

Vasif Məhərrəmli məhkəməyə ÇAĞIRILDI

Vasif Məhərrəmli məhkəməyə ÇAĞIRILDI

Aktual

9 Mart 2022, 15:31

Müğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb.

 

Modern.az-ın məlumatına görə, V.Məhərrəmli Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

 

Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.

 

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan əşyaları talama - təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə