Modern.az

İslahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi

İslahatların dərinləşməsi parlamentdən yan keçə bilməzdi

Aktual

9 Mart 2022, 13:20

2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi. Bu seçkilərdə 1300-dən çox namizəd iştirak etdi və Yeni Azərbaycan Partiyasının qələbəsi ilə başa çatdı.

 

Martın 10-da keçirilən altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edərək ilk növbədə, beşinci çağırış Milli Məclisin deputatlarına göstərdikləri fəaliyyətə görə təşəkkürünü bildirmiş və altıncı çağırış Milli Məclisdə uğurla fəaliyyət göstərəcəklərinə, ölkəmizdə aparılan genişmiqyaslı, çoxşaxəli islahatlara öz töhfələrini verəcəklərin inandığını bildirmişdir.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev çıxışında demişdir:

 

“Beləliklə, bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb və hesab edirəm ki, bu, demokratiyanın inkişafında önəmli addımdır. Bildiyiniz kimi, Yeni Azərbaycan Partiyası yerlərin əksəriyyətini qazanıb. Təbii ki, Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Yeni Azərbaycan Partiyasını təmsil edən deputatlar bu gün səhər mənim tapşırığımla yığışmışlar və önəmli qərarlar qəbul etmişlər. Mənim tövsiyəm o olmuşdur ki, partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var. Əlbəttə, hesab edirəm ki, Yeni Azərbaycan Partiyası ümumi maraqlar naminə bu sahədə də çox düzgün addım atır”.

 

Ölkə başçısı tərəfindən Milli Məclisdə aparılan islahatlar və altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçilmiş deputatlar qarşısına qoyulan vəzifələr, beynəlxalq fəaliyyətin səmərəliliyinin artırılmasına, ölkəmizə qarşı əsassız yanaşma, qərəzli mövqe tutan beynəlxalq qurum və təşkilatlarla işlərin gücləndirilməsinə, ölkəmizin mövqeyi düzgün təbliğ edilməsinə, Azərbaycanda siyasi sistemin möhkəmləndirilməsinə, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsinə, xalqın rifahının yaxşılaşdırıiması üçün yeni qanun layihələrin hazırlanmasına hesablanmışdır.

 

Malik Mirzəyev

YAP Lerik Rayon Təşkilatının sədri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı