Modern.az

“Türkiyənin Ukraynaya dəstəyi davam edəcək” - AKAR

“Türkiyənin Ukraynaya dəstəyi davam edəcək” - AKAR

Aktual

9 Mart 2022, 16:54

Türkiyənin milli müdafiə naziri Hulusi Akarla ukraynalı həmkarı Aleksey Reznikov arasında telefon danışığı olub.

 

Modern.az Türkiyənin Milli Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, tərəflər Ukraynada atəşkəsin təmin olunması barədə fikir mübadiləsi aparıblar.

 

H.Akar Rusiya ilə Ukrayna arasında müzakirələrin əhəmiyyətini qeyd edib, həmçinin atəşkəsin vacibliyini vurğulayıb.

 

Nazir deyib ki, humanitar yardım baxımından Türkiyənin Ukraynaya dəstəyi bundan sonra da davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Gərginlik artdı - Türkiyə ordusu hərəkətə keçdi