Modern.az

Belarus maliyyə sanksiyalarına məruz qaldı

Belarus maliyyə sanksiyalarına məruz qaldı

Aktual

9 Mart 2022, 17:02

Avropa İttifaqı (Aİ) ölkələri Belarusa qarşı maliyyə sanksiyaları tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında bildirilir.

 

Qərara əsasən, Belarusun üç böyük bankı - Belaqroprombank, "Dabrabıt Bank" və Belarus İnkişaf Bankı SWIFT sistemindən kənarlaşdırılır.

 

Bundan başqa, Belarus Mərkəzi Bankı ilə transaksiyalar, avro əskinaslarının satışı, eləcə də Belarus vətəndaşlarından 100 min avrodan çox məbləğdə depozit qəbulu qadağan olunur.

 

Qadağaların bu gündən etibarən qüvvəyə minməsi gözlənilir.

 

Xatırladaq ki, Belarusa qarşı sanksiyalar bu ölkənin Rusiyanın Ukraynada hərbi əməliyyatlarına dəstək göstərməsi ilə əlaqədar tətbiq olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı