Modern.az

DYP rəsmisi efirdə sualları cavablandıracaq

DYP rəsmisi efirdə sualları cavablandıracaq

Aktual

9 Mart 2022, 18:27

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli yol hərəkəti qaydaları ilə bağlı sualları cavablandıracaq.

 

Bu barədə Modern.az-a DYP rəsmisi özü məlumat verib.

 

A. Əsgərli dinləyici suallarını AvtoFM radiostansiyasının efirində yayınlanan “Avtoekspert” verilişində cavablandıracaq.

 

Verilişdə, habelə yol hərəkəti qaydalarında mövcud olan, lakin çoxlarının az məlumatlı olduğu məqamlar sual-cavab formatında işıqlandırılacaq. “Avtoekspert”in prioritetlərindən biri də sürücüləri maarifləndirməkdir.

 

Veriliş çərşənbə axşamı və cümə axşamı  
saat 17:00-18:00-da efirdə olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı