Modern.az

"Neftçi" "Qəbələ"ni darmadağın etdi

Aktual

18 Mart 2022, 21:46

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, "Neftçi" klubu "Bakcell Arena"da "Qəbələ"ni qəbul edib.

 

Görüş "Neftçi" komandasının 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 37-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib, 33 xalı olan "Qəbələ" isə 4-cü sırada qərarlaşıb.

 

Qeyd edək ki, günün ilk oyununda "Keşlə" evdə "Sumqayıt"la heç-heçə edib. Tura martın 19-da keçiriləcək "Sabah" - "Səbail" və "Zirə" - "Qarabağ" görüşləri ilə yekun vurulacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı