Gürcüstanda ötən sutka ərzində koronavirusa 849 yeni yoluxma faktı qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada 1855 nəfər müalicə olunaraq sağalıb, 13 pasiyent vəfat edib.
Ümumilikdə isə Gürcüstanda indiyədək COVID-19 infeksiyasına 1 641 399 nəfər yoluxub, onların 1 596 779-u sağalıb, 16 643 nəfər həyatını itirib.