Modern.az

Qəza törədən sürücü xəstəxanada ÖLDÜ

Qəza törədən sürücü xəstəxanada ÖLDÜ

Aktual

23 Mart 2022, 08:55

İmişlidə baş verən yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının 74-cü kilometrliyində - İmişli rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Sabirabad rayon sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Ənvər Qulyar oğlunun idarə etdiyi “QAZel” markalı avtomobil “KamAZ” markalı avtomobillə toqquşub.

 

Nətcədə “QAZel”in sürücüsü ağır xəsarət alaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralı aldığı ağır xəsarətlərdən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!