Türkiyənin Bodrum şəhərində etirazçılar rus oliqarx Roman Abramoviçlə əlaqəsi olduğu bildirilən "My Solaris" adlı yaxtanın limana yanaşmasına mane olmağa çalışıblar.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Odessa Uşaq və Gənclər Yelkənli İdman Məktəbinin (ümumiyyətlə Optimist Yelkən Klubu kimi adlandırılan) üzvləri Ukrayna bayraqları və “Müharibə qadağandır” yazısı olan lövhələrlə öz etirazlarını nümayiş etdiriblər.
"Rusiyalı oliqarx Abramoviçin yaxtasının yaxınlaşmasına mane olmaq bütün komandanın qərarı idi", - baş məşqçisi Pavlo Dontsov CNN-ə deyib.