Modern.az

Piyadanı vuran sürücü TUTULDU

Piyadanı vuran sürücü TUTULDU

Aktual

23 Mart 2022, 11:40

Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilmiş və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.


Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı