Modern.az

Qlobal Media təlimlərə BAŞLAYIR

Qlobal Media təlimlərə BAŞLAYIR

Aktual

23 Mart 2022, 16:26

Qlobal Jurnalistlər Şurasının təhsil xidməti kimi yaradılmış Qlobal Media bu sahədə çalışan (25-40 yaş) şəxslər və "Jurnalistika" fakültəsinin tələbələri üçün nəzərdə tutulan təlimlərə start verir.

 

Modern.az-ın məlumatına görə, təlimlər reportaj, yeni media, operatorluq, rejissorluq, fotoqrafiya və montaj kimi sahələrdə innovativ və tətbiqi kurs məzmunlarından ibarətdir.


Bahçeşehir Universitetinin ev sahibliyi ilə aprel ayında başlayacaq ilk təlimdə tələbələr kameradan montaja, çəkiliş texnikasından xəbər yazmağa qədər medianın bütün sahələrində nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Bundan əlavə, tələbələr, "Podcast" jurnalistikası, mobil jurnalistika, foto və kinotexnologiyalar kimi kurs məzmunu ilə yeni medianın incəliklərinə yiyələnmək imkanı əldə edəcək. Təlimin sonunda iştirakçılar sertifikatla təmin oluncaq. 


Media məktəbi aprelin 2-də başlayır. Müraciət üçün son tarix 31 martdır.

 

Elmar Hüseynov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı