Çində son 24 saatda 2054 nəfərdə COVID-19 virusu aşkarlanıb.
Modern.az xəbər verir ki, bu barədə Milli Səhiyyə Komissiyası tərəfindən məlumat yayılıb.
Bildirilib ki, yoluxanların 2010 nəfəri ölkə daxilində olanlar, 44 nəfəri isə xaricdən gələnlərdir.
Eyni zamanda 2722 nəfərdə COVID-19 testinin müsbət çıxmasına baxmayaraq, xəstəliyin heç bir əlaməti hiss edilməyib.
Çin səhiyyə orqanları bu cür halları ümumi yoluxanların sayına daxil etmir, onları ayrıca "asemptomatik hallar" kimi təsnif edir.
Son 24 saat ərzində Çində virusdan ölən olmayıb. COVID-19 epidemiyasının ilk hallarının ortaya çıxdığı Çində indiyədək 139 min 285 yoluxma aşkarlanıb, 4638 nəfər ölüb.