Modern.az

Qonşularını talayan oğru TUTULDU

Qonşularını talayan oğru TUTULDU

Aktual

24 Mart 2022, 11:13

Həmkəndlilərinin evindən oğurluq edən Cəlilabad sakini saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad rayonunun Türkelli kəndində yerləşən evlərdən birindən 1290 manat dəyərində məişət
əşyalarının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

 

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə
şübhəli bilinən Türkelli kənd sakini Ə.Hüseynov saxlanılıb.

 

Araşdırmalarla onun digər həmkəndlisinin evindən 1000 manat dəyərində məişət əşyaları oğurladığı da müəyyən
edilib.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı