Modern.az

İsmayıllı sakini çayda boğuldu

İsmayıllı sakini çayda boğuldu

Aktual

24 Mart 2022, 14:04

İsmayıllı rayon sakini çayda boğularaq ölüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Aşıqbayramlı kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Vaqif Böyükağa oğlu Zahidov ehtiyatsızlıqdan yaşadığı evin yaxınlığından keçən kiçik dağ çayına düşüb. Çaya yıxılan V.Zahidov köməksiz vəziyyətdə qalıb və boğularaq ölüb.

 

Onun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olublar.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı