"Telegram" messencerinin bütün dünya üzrə istifadəçiləri onun işindəki uğursuzluqlar barədə məlumat verirlər.
Modern.az xarici mətbuata istinadən xəbə verir ki, bu gün Moskva vaxtı ilə saat 14.01-ə olan məlumata görə, 1414 şikayət qeydə alınıb.
İstifadəçilərin 65%-i serverə qoşulma problemindən, 21%-i proqramdan, digər 12%-i mesajların qəbulu ilə bağlı şikayət edir.
Rusiya, eləcə də İtaliya, Böyük Britaniya, Niderlan və digər ölkələrin istifadəçiləri təqribən eyni problemlə qarşılaşıblar.