Modern.az

Makqreqor saxlanıldı

Makqreqor saxlanıldı

Aktual

24 Mart 2022, 16:15

İrlandiyalı “Ultimate Fighting Championship” (UFC) döyüşçüsü Konor Makqreqor saxlanılıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, paytaxt Dublində təhlükəli avtomobil idarə etdiyinə görə saxlanılıb. İdmançının dəyəri 170 min avro olan “Bentley” markalı avtomobili müvəqqəti olaraq müsadirə edilib.

 

Makqreqor polis bölməsinə aparılıb və oradan girov müqabilində sərbəst buraxılıb. Makqreqor təhlükəli avtomobil sürməkdə ittiham olunub və gələn ay rayon məhkəməsinə çıxarılacaq.

 

Məhkəmə Makqreqoru təhlükəli maşın sürməkdə təqsirli bilsə, döyüşçünü 5000 avroya qədər cərimə və ya altı aya qədər həbs, eyni zamanda hər iki cəza bir arada gözləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı