Modern.az

Gürcüstanda yenə zəlzələ oldu

Gürcüstanda yenə zəlzələ oldu

Aktual

24 Mart 2022, 21:47

Gürücstanın cənubunda, Dmanisi rayonunun Yırğançay kəndi yaxınlığında zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

 

Yeraltı təkanlar saat 18:46-da, 3,8 bal gücündə olub.

 

Qeyd edək ki, dünən Dmanisi rayonunun Sameba kəndi yaxınlığında 4 bal gücündə zəlzələ baş verib. Dağıntı və tələfat barədə məlumat verilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!