Modern.az

QHT rəhbərləri Ukraynaya dəstək aksiyasına qatılıblar - FOTO

QHT rəhbərləri Ukraynaya dəstək aksiyasına qatılıblar - FOTO

Aktual

27 Mart 2022, 12:01

Martın 26-da Britaniyanın Azərbaycandakı səfirliyi “Torpaq əlimdə, bahar ürəyimdə” yarmarkasında, Ukraynaya dəstək məqsədi ilə şirniyyat satışı aksiyası təşkil edib.

 

Modern.az xəbər verir ki, aksiyada şirniyyat alan insanların məqsədi Ukrayna xalqına yaqrdım etmək olub.

 

Gün ərzində dəstək aksiyasına qoşulanlar arasında Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov, Gəncliyin Elmi-Mədəni İnkişafı Təşkilatının  sədri Sərdar Yusif oğlu və gənc reper Taleh İbadov da olub.

 

Xeyriyyə tədbirinə qatılan Britaniyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Ceyms Şarpın və Azərbaycana Birgə Yardım Təşkilatının rəhbəri xanım Qven Börçılla ilə görüşən QHT rəhbərləri bu nəcib addım üçün onlara təşəkkür edərək dünyanı sülhə səslədiklərini və uşaq ölümünə qarşı mübarizədə onlarla birgə könüllü olduqlarını qeyd ediblər.

 

Dünyamızın onsuz da  Pandemiya və viruslardan əziyyət çəkdiyi bir dövrdə, çağdaş və modern dünyaya zidd olan müharibələr qəbul olunmazdır.  Bu haqqsız savaşın bir an öncə bitməsini və bütün dünyada ədalətin bərqərar olmasını arzu ediblər. Eyni zamanda aldıqları şirniyatlarla Ukraynada müharibədən əziyyət çəkən uşaqlara dəstək olmağa çalışdıqlarını bildiriblər.

 

Qeyd edim ki, yığılan maliyyə Ukraynada zərərçəkənlərə və Azərbaycana Birgə Yardım Təşkilatına (UAFA) yatırılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı