Modern.az

“Fransa Ukraynanın qarantı olmağa hazırdır” - Makron

“Fransa Ukraynanın qarantı olmağa hazırdır” - Makron

Aktual

8 Aprel 2022, 09:08

Fransa atəşkəsdən sonra Ukraynada sülhün qurulmasında qarant rolunu oynamağa hazırdır.

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron “Le Parisien” qəzetinin oxucularına müsahibəsində deyib.
 

“Nə vaxtsa atəşkəs olacaq və biz sülh yaratmalı olacağıq. Bu, zaminsiz həyata keçirilə bilməz və Fransa belə zaminlərdən biri olmağa çağırılır”, - deyə Makron bildirib.
 

O vurğulayıb ki, nəticələrindən asılı olmayaraq, Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqlarını davam etdirməyə hazırdır, çünki bu, Parisə “danışıqçı statusunu saxlamağa” imkan verir.

“Bu mənim borcumdur. Mayın ortalarına qədər heç bir nəticənin olmayacağına inansam belə, bu, gələcəkdə sülhə hazırlaşmaq üçün faydalı olacaq”, – Makron bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!