Modern.az

İsveçrə rus diplomatları ölkədən çıxarmaqdan imtina etdi

İsveçrə rus diplomatları ölkədən çıxarmaqdan imtina etdi

Aktual

8 Aprel 2022, 09:12

İsveçrə prezidenti İqnazio Kassis Qərb dövlətlərindən fərqli olaraq Rusiya diplomatlarını ölkədən çıxarmayacaqlarını bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

"Federal Şura qərara gəldi ki, diplomatların ölkədən çıxarılması nəyəsə qarşı sanksiya kimi deyil, təhlükəsizlik siyasəti məqsədləri üçün istifadə edilməli olan tədbirdir", - İsveçrə Konfederasiyasının rəhbəri bildirib.

 

Kassisin fikrincə, bu xəttə sadiq qalmaq və “oyun qaydalarını dəyişməmək” lazımdır.

 

Qeyd edək ki, bitərəf statusuna baxmayaraq, İsveçrə Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları tanıyıb. Ölkə Rusiyadan olan 200-dən çox fiziki və hüquqi şəxsə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı