“Krım Ukraynanın ayrılmaz hissəsidir. Sülh müqaviləsinin imzalanması üçün Krım məsələsi ertələnə bilər. Biz dəqiq bilmək istərdik ki, neçə ölkə yanımızda olacaq”.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib.
Onun sözlərinə görə, rəsmi Kiyev müvəqqəti barışıqda maraqlı deyil.
“Bizə davamlı sülh lazımdır. Müvəqqəti razılıq durumun daha da gərginləşməsinə səbəb ola bilər. Elə etmək lazımdır ki, Rusiyanın Ukrayna ərazisini atəşə tutmaq və sərhədlərimizi keçmək barədə düşüncülərə qapılması mümkün olmasın”, - Podolyak yerli mediaya müsahibəsində deyib.