Modern.az

Yarım milyonluq mənimsəmə ittihamı ARAŞDIRILIR

Yarım milyonluq mənimsəmə ittihamı ARAŞDIRILIR

Aktual

8 Aprel 2022, 11:30

Baş Prokurorluq Azərbaycanda tanınmış qadın sahibkarın yarım milyonluq mənimsəmədə ittiham edilməsinə münasibət bildirib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Sara Group QSC-nin direktoru Şirvan Əhmədovun müraciəti əsasında hazırda araşdırma aparılır:

 

"Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcək".

 

Qeyd edək ki, iddiaya əsasən, Balakən rayon sakini, 1990-cı il təvəllüdlü Dadayeva Ayparə Şaban qızı işlədiyi “Sara Group” MMC-dən 451 min manat mənimsəyib.

 

İttihama görə, o, bu ilin yanvar-mart ayları ərzində şirkətdə anbardar işləyərkən şirkətə məxsus gübrələri sataraq pulunu şəxsi istifadəsi üçün götürüb.

 

Artıq şirkət tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edilib və şikayət üzrə araşdırma aparılır.

 

Qeyd edək ki, A.Dadayeva tütünçülüklə məşğul olan fermer kimi tanınıb. O, 2019-cu ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı