Modern.az

Ağacları kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərildi

Ağacları kəsən şəxslə bağlı sənədlər prokurorluğa göndərildi

Aktual

8 Aprel 2022, 11:26

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 22-ci məhəllədə ağacların kəsilməsi faktı müəyyən edilib.

 

Modern.az xəbər verir ki, Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Zahid Əliyev tərəfindən kəsildiyi və təbiətə 4320 manat məbləğində ziyan dəydiyi məlum olub:

 

“Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Baş Prokurorluğa göndərilib” - məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə