Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Xankəndidə hələ heç bir texniki iş görmür.
Modern.az-ın məlumatına görə, bunu “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
"O ərazidə yerləşən abonentlər "Azəriqaz"ın abonentləri deyil. Ona görə də heç bir dəqiq məlumat vermək olmaz", - R. Əliyev qeyd edib.
R. Əliyevin sözlərinə görə, sülhməramlıların nəzarətində olan Azərbaycan ərazilərində hər hansı invertarlaşma aparılmır:
"Bu səbədən həmin ərazidə nə qədər abonentə təbii qazın verilməsi barədə dəqiq rəqəm deməyim düzgün çıxmaz. Ancaq invertarlaşmanın nəticəsi olaraq biz bunu qeyd edə bilərik. Bizim orada abonentimiz yoxdur".
Qeyd edək ki, hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur.