Modern.az

Müharibənin 44 günündə Rusiyanın İTKİLƏRİ

Müharibənin 44 günündə Rusiyanın İTKİLƏRİ

Aktual

8 Aprel 2022, 12:32

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya Federasiyasının müharibədəki itkilərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, Ukraynaya qarşı müharibə başlayandan bəri Rusiyanın 19 min hərbçisi və 5 minə yaxın texnikası məhv edilib. Onların arasında tanklar, təyyarələr, gəmilər, hava hücumundan müdafiə sistemləri və avtomobil texnikası var.


Müharibənin 44 günündə Rusiya aşağıdakı itkiləri verib:


şəxsi heyət - təxminən 19.000 nəfər;

tanklar - 700;

zirehli döyüş maşınları - 1891;

artilleriya sistemləri - 333;

reaktiv yaylım atəşi sistemləri - 108;

hava hücumundan müdafiə sistemləri - 55;

təyyarə - 150;

helikopterlər - 135;

avtomobil avadanlığı - 1361;

gəmilər / qayıqlar - 7;

yanacaq və sürtkü yağları olan çənlər - 76;

əməliyyat-taktiki səviyyəli PUA-lar - 112;

xüsusi avadanlıq - 25;

işə salma qurğuları - 4.
 

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən etiraf edib ki, Rusiya Ukraynadakı müharibə zamanı xeyli itki verib.

 

"Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir", - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı