Modern.az

İlham Əliyevin siyasəti regiona sülh və firəvanlıq gətirəcək

İlham Əliyevin siyasəti regiona sülh və firəvanlıq gətirəcək

Aktual

8 Aprel 2022, 13:26

“Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşü Azərbaycan və Avropa İttifaqı arasında olan münasibətlərin daha yüksək xəttlə inkişaf etməsinə xidmət göstərdi. Bu, regionumuzda sülhün, təhlükəsizliyin təmin olunması nöqteyi nəzərdən böyük bir səfər kimi qeyd edilməlidir”.

 

Modern.az xəbər verir ki, bu sözləri Brüssel görüşlərinin nəticələri haqqında danışan Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

 

Deputat bildirib ki, Şarl Mişellə və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüşdə Azərbaycan tərəfindən irəli sürülmüş 5 maddədən ibarət təklif gələcəkdə danışıqların bazası, bağlanacaq sülh sazişinin mövzusu olacaq:

 

"Bu məsələlərin müzakirəsi Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasət kimi qiymətləndirilməlidir. Əvvəlki üçtərəfli görüşlərdə də əsas məqsədlər regiona sülhün gətirilməsi, post-müharibə dövründən sonra əlaqələrin yaranması, kommunikasiyaların bərpası və regionun iqtisadi inkişafına, yüksəlişinə nail olmaq idi. Azərbaycan Prezidentinin Brüsselə səfəri bundan sonra da keçiriləcək səfərlərin yüksək səviyyədə davam edəcəyinə bir işarədir. Səfər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir, çünki Azərbaycan xalqının milli maraqlarının qorunması, işğaldan azad olunan ərazilərin bərpası, minalardan təmizlənməsi, əsir və girov düşmüş insanların dəyişdirilərək geri qaytarılmasını təmin etmək, sərhədlərin davamlı təhlükəsizliyi cəhətdən mühüm əhəmiyyət kəsb edir".

 

"Prezident İlham Əliyevin Avropa İttifaqı ilə qurduğu iki tərəfli münasibətlər və Avropa İttifaqında təmsil olunan dövlətlərlə aramızda olan mühüm münasibətlər imkan verəcək ki, bundan sonrakı əlaqələr yüksələn xətt üzrə inkişaf etsin. Azərbaycan Avropa İttifaqı ilə yaxın təmasdadır. Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olması mühüm amil hesab edilir və Cənubi Qafqazın böyük dövləti olan Azərbaycanın nüfuzundan irəli gəlir. Nəzərə alaq ki, Azərbaycan dövləti bu gün Avropa İttifaqının enerji təhlükəsizliyində yaxından iştirak edir. Azərbaycanın rəhbərlik etdiyi və memarı olduğu layihələr, konkret desək, qaz təchizatı haqqında addımlar bu gün Avropanın enerji təhlükəsizliyində yaxından iştirak edir.

 

Cənab İlham Əliyevin apardığı siyasi diplomatik səylər böyük səmərə verir. Bu, Ermənistanın müxtəlif dairələrini narahat etməkdədir. Görürük ki, Ermənistan müxalifəti mitinqlər keçirməklə, Azərbaycana qarşı əsassız bəyanatlar verməklə bu münasibətlərə kölgə salmaq istəyir. Möhtərəm cənab Prezident İlham Əliyevin apardığı düzgün xarici siyasət Cənubi Qafqaza sülh gətirmək nöqteyi-nəzərindən uğurlu bir siyasətdir. Bundan sonrakı münasibətlərdə də Azərbaycan bu mövqeyini qoruyub, saxlayacaq. Digər bir baxışdan isə Azərbaycan qalib dövlətdir və Azərbaycan Prezidenti danışıqlarda Ali Baş Komandan kimi iştirak edir. Bu da görüşlərin sonrakı mərhələsində əldə olunacaq naliyyətlər, tarixi qələbəmiz kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin apardığı siyasət regionumuza sülh və firəvanlıq gətirəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı