Modern.az

Rusiya Müdafiə Nazirliyi vağzala hücumu inkar edir

Rusiya Müdafiə Nazirliyi vağzala hücumu inkar edir

Aktual

8 Aprel 2022, 14:42

“Kiyev nümayəndələrinin Rusiya tərəfindən aprelin 8-də Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu ilə bağlı bəyanatları təxribatdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.

 

“Rusiya Silahlı Qüvvələrinin aprelin 8-də Kramatorsk şəhərində hər hansı atəş tapşırığı olmayıb və planlaşdırılmayıb. “Toçka-U” taktiki raketlərindən yalnız Ukrayna hərbçiləri istifadə edir”,- Rusiya tərəfi iddia irəli sürüb.

 

Qeyd edək ki, bu gün Kramatorsk şəhərindəki dəmir yolu vağzalına raket hücumu olub. Hadisə nəticəsində 35 nəfər ölüb, 100-dən çox mülki vətəndaş yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı