Modern.az

Metroda daha bir tunelin tikintisi yekunlaşdı

Metroda daha bir tunelin tikintisi yekunlaşdı

Aktual

8 Aprel 2022, 14:46

Bakı metropolitenində tikintisi aparılan və şərti adı B-4 olan stansiyanın qatar yolunun tikintisi başa çatıb.

 

Bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti departamentinin rəisi Məzahir Nəbiyev deyib.

 

O bildirib ki, uzunluğu 1000 metrə yaxın olan tunel artıq "Bənövşəyi xətt" üzrə istismarda olan "8 noyabr" stansiyasının qatar yoluna birləşdirilib: "Tunel tam hazırdır. Tikinti işləri yekunlaşdırılıb. Qatar yolu tam müasir səviyyədə inşa olunub. Tuneldə yalnız qatar relslərinin quraşdırılması prosesi qalıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı