Modern.az

Yaponiya Rusiyadan kömür idxalına qadağa qoyacaq

Yaponiya Rusiyadan kömür idxalına qadağa qoyacaq

Aktual

8 Aprel 2022, 15:14

Yaponiya Rusiya enerji resurslarından asılılığı azaltmaq niyyətindədir. Modern.az xəbər verir ki, bu barədə Yaponiya baş naziri Fumio Kişida  mətbuat konfransında bildirib.

"Biz Rusiyadan kömür idxalına qadağa qoyacağıq. Təcili olaraq alternativlər təqdim etməklə və idxalı tədricən azaltmaqla biz enerji sektorunda Rusiyadan asılılığımızı azaldacağıq",-deyə baş nazir bildirib.

Qeyd edək ki, 2021-ci ildə Yaponiyanın bütün kömür idxalının təxminən 11%-i Rusiyanın payına düşüb.

Xatırladaq ki, aprelin 7-də “Yeddilik” (G7) ölkələrinin liderləri enerji sektorunda Rusiyadan asılılığın azaldılması planlarının həyata keçirilməsini sürətləndirmək, o cümlədən Rusiya kömürünün idxalının mərhələli şəkildə dayandırılması və qadağan edilməsi barədə bəyanat yayıblar.

Sizə yeni x var
Keçid et
Ərdoğandan gözlənilən kritik açıqlama - Qardaşlığımızı pozanlara...