Modern.az

İlham Əliyev bu agentliyin səlahiyyətlərini artırdı

İlham Əliyev bu agentliyin səlahiyyətlərini artırdı

Aktual

8 Aprel 2022, 14:58

Prezident İlham Əliyev “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az xəbər verir ki, fərmana əsasən, Enerji Məsələlərini Tənzimləmə Agentliyinə yeni səlahiyyət verilib.

 

Agentlik müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilmiş məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada monitorinq keçirəcək, müayinə və texniki xidmətlə bağlı qanunla müəyyən edilmiş tələblərə riayət edilmədiyini aşkar etdikdə, icrası məcburi olan göstərişlər verəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı