Modern.az

Türkiyə XİN-dən Brüssel görüşünə MÜNASİBƏT

Türkiyə XİN-dən Brüssel görüşünə MÜNASİBƏT

Aktual

8 Aprel 2022, 15:17

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsi olaraq iki ölkənin xarici işlər nazirliklərinə sülh sazişinə dair hazırlıq işlərinə başlamaq tapşırığının verilməsindən məmnunuq.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

 

“Aprelin sonuna kimi birgə sərhəd komissiyasının yaradılması haqqında razılığın əldə olunması bizim üçün məmnunluqdur”, - bəyanatda qeyd olunub.

 

Xatırladaq ki, aprelin 6-da Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı