Modern.az

Rusiya Bolqarıstan diplomatlarını ölkədən çıxardı

Rusiya Bolqarıstan diplomatlarını ölkədən çıxardı

Aktual

8 Aprel 2022, 17:43

Rusiya mart ayının əvvəlində Sofiyanın gördüyü oxşar tədbirlərə cavab olaraq Bolqarıstan diplomatik missiyasının iki üzvünü Moskvadan çıxarıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, aprelin 8-də Bolqarıstanın müvəqqəti işlər vəkili Nikolay Trifonov Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona qərar barədə məlumat verilib. Diplomata Bolqarıstan diplomatik missiyasının iki əməkdaşının "persona non-qrata" elan edilməsi haqqında nota təqdim edilib:

 

"Bu tədbir Bolqarıstan tərəfinin mart ayında Rusiyanın Sofiyadakı səfirliyinin iki diplomatını "persona non-qrata" qəbul etdiyi əsassız qərara cavabdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı