Modern.az

Koronavirusun müalicəsində istifadə olunan dərmanlar BAHALAŞDI

Koronavirusun müalicəsində istifadə olunan dərmanlar BAHALAŞDI

Aktual

9 Aprel 2022, 16:30

Dərmanların qiymətinin artması səbəbini aydınlaşdırmaq üçün monitorinq keçirilməli, aşkar edilən qanun pozuntuları dərhal aradan qaldırılmalıdır.

 

Modern.az xəbər verir ki, bu sözləri İran prezidenti İbrahim Rəisi Koronavirusa qarşı milli mübarizə qərərgahının iclasında deyib.

 

Prezident son aylarda koronavirusa yoluxan şəxslərin müalicəsində istifadə edilən dərmanların qiymətinin süni şəkildə artırılmasının yolverilməz olduğunu bildirib. Dövlət başçısı qeyd edib ki, İranda kifayət qədər dərman ehtiyatı var və qiymət artımı olmamalıdır.

 

Rəisi nəzərə çatdırıb ki, pandemiya səngiməkdədir, lakin əhaliyə mütləq “buster” doza peyvənd vurulmalıdır. Bundan əlavə, prezident ölkənin səhiyyə nazirinə bu prosesi sürətləndirmək barədə tapşırıq verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı