Modern.az

Bu ölkə Rusiya və Belarusla poçt əlaqəsini DAYANDIRDI

Bu ölkə Rusiya və Belarusla poçt əlaqəsini DAYANDIRDI

Aktual

11 Aprel 2022, 15:02

Finlandiya aprelin 11-də Rusiya və Belarusla poçt rabitəsini dayandırıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Posti" dövlət şirkəti məlumat yayıb.

 

"2022-ci il aprelin 11-dən Posti Ümumdünya Poçt İttifaqı Finlandiya və Rusiya, eləcə də Finlandiya və Belarus arasında bütün məktubların və bağlamaların göndərilməsini dayandırır", - məlumatda deyilir. 

 

Qeyd olunur ki, çatdırılması mümkün olmayan mallar göndərənlərə qaytarılır.

 

Xatırladaq ki, Finlandiya Rusiyadan dəmir yolu ilə sərnişin və yük daşımalarını qeyri-müəyyən müddətə dayandırıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...