Modern.az

Qaradağda bıçaqlanma

Qaradağda bıçaqlanma

Aktual

19 Aprel 2022, 10:38

Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Kərimova və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilməsi barədə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.

 

Rəsmi məlumata görə, hazırda Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı