Modern.az

Paşinyan Putinə təşəkkür etdi

Paşinyan Putinə təşəkkür etdi

Aktual

22 Aprel 2022, 15:16

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə Moskvadakı qəbula görə təşəkkür edib.

 

Modern.az xəbər verir ki, Paşinyan təşəkkür mesajında Rusiya səfərinin səmərəliliyini xüsusi vurğulayıb.

 

Xatırladaq ki, Ermənistanın baş naziri aprelin 19-da iki günlük səfər üçün Rusiyaya gedib. Putinlə görüş zamanı iki dövlət başçısı bir çox məsələlərdə razılığa gəlib. Paşinyan Moskvada Rusiyanın baş naziri Mixail Mişustin, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko ilə də görüşüb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?