Modern.az

Bakıda qadını maşın vurub öldürdü

Bakıda qadını maşın vurub öldürdü

Aktual

2 May 2022, 12:37

Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini N.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Lənkəran rayon sakini Elnarə Ağayevanı vurub. Qəza nəticəsində piyada hadisə yerində ölüb.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!