Modern.az

Ukraynada ölən uşaqların sayı 223-ə ÇATDI

Ukraynada ölən uşaqların sayı 223-ə ÇATDI

Aktual

6 May 2022, 10:02

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 223 uşaq dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb.

 

Bildirilib ki, müharibə başlayandan indiyədək xəsarət alan uşaqların sayı 631 nəfərə çatıb. Azyaşlılar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

 

Rəsmi məlumatda qeyd olunub ki, Rusiya hərbi qüvvələrinin hücumları nəticəsində 1607 təhsil müəssisəsinə ziyan dəyib, 121-i tamamilə dağılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı