Modern.az

100 yaşını havada qeyd etdi - VİDEO

100 yaşını havada qeyd etdi - VİDEO

Aktual

6 May 2022, 12:20

İkinci Dünya Müharibəsində tibb bacısı kimi xidmət edən Raymonde Sullivan 100 yaşını çılğın şəkildə qeyd edib.

 

Modern.az xəbər verir ki, bir əsrə şahidlik edən qadın doğum günündə təyyarədən paraşütlə atlayıb.

 

Əslən Britaniyadan olan Sullivan həyatında ilk dəfə təlimatçının dəstəyi ilə paraşütlə təyyarədən düşüb. O, əvvəllər dostlarına söz verib ki, 100 yaşını qeyd etmək qismət olarsa, həmin gün özünü təyyarədən yerə atacaq. Lakin dostları buna şübhə ilə yanaşıb.

 

 

100 yaşına çatan Sullivan sözünün üstündə durub. O, həyatında ilk dəfə paraşütlə səyahət edib.

 

"Mən 100 il ərzində çox şey etmişəm və amma heç vaxt bunu sınamamışam. Düşündüm ki, bacardığım müddətdə bunu etməliyəm. Amma bir daha etmərəm”,- Sullivan bildirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı