Modern.az

Şəhid polisin anım günüdür

Şəhid polisin anım günüdür

Aktual

6 May 2022, 15:46

Bu gün Birinci Qarabağ müharibəsi döyüşlərinin iştirakçısı, vətən uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış polis əməkdaşı Natiq Əliyevin anım günüdür.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə reional qrupundan Modern.az-a verilən məlumata görə, bununla əlaqədar Bərdə Rayon Polis Şöbəsinin şəxsi heyəti Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət edib, önlərinə gül-çiçək dəstələri qoyublar. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
Daha sonra N.Əliyevin məzarı önündə onun keçdiyi döyüş yolu xatırlanıb, döyüş yoldaşları şəhidin hünərindən, vətən sevgisindən bəhs ediblər.  Xatırladıq ki, N.Əliyev 1993-cü ildə daxili işlər orqanlarında xidmətə başlayıb. 1994-cü ilin mayın 6-da Ağdərənın müdafiəsi uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhid olub.


 
Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı