Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.
İndiyədək ölkədə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9709 nəfər vəfat edib. Aktiv xəstə sayı 52 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub.
